15 Nisan 2010 Perşembe

Çirkli hava tromb yaradır


Çirkli hava tromb yaradır

Bakı şəhərinin həddən artıq çirklənməsinin insan sağlamlığına ciddi ziyan vurması barədə fikirləri Səhiyyə Nazirliyində də təsdiqləyirlər. Nazirliyinin sanitar epidemioloji nəzarət şöbəsinin rəisi Viktor Qasımov deyir ki, son zamanlar ağ ciyər xəstəliklərinin sürətlə yayılmasının əsas səbəbi məhz şəhərdəki toz-torpaqdır. Onun sözlərinə görə, tikinti sahələrində ətrafa yayılan toz gün ərzində minimum 8 saat bu havanı udmağa məcbur olan işçilərin səhhəti üçün son dərəcə təhlükəlidir. Xüsusilə də əgər nəzərə alsaq ki, bu insanların əksəriyyəti qoruyucu maskalardan istifadə etmirlər: “Belə havanı udmaq məcburiyyətində olmayanları öz sağlamlıqları daha çox narahat edir. Tozlu hava xüsusən uşaqların səhhətində özünü kəskin büruzə verir”.

Hiç yorum yok:

Yorum Gönder