15 Nisan 2010 Perşembe

Atmosfer
 

Yer atmosferinin 5 layı

Atmosfer yer kürəsinin ətrafını bürüyən və əksəriyyətlə qaz və buxarlardan ibarət olan bir örtükdür.

Cazibə sayəsində tutulan atmosfer, böyük ölçüdə planetin iç laylarından qaynaqlanan qazların yanardağ fəaliyyəti ilə səthə çıxması nəticəsində meydana gəlməklə birlikdə, planetin tarixi boyunca dünya xarici qaynaqlardan da bəslənmiş və təsirlənmişdir. Təzyiq və sıxlıq baxımından digər yer bənzəri planetlərdən Marsa görə təxminən 100 qat böyük, Veneraya görə isə təxminən 100 qat kiçik bir qaz kütləsini ifadə edər. Ancaq xüsusiyyət baxımından bu iki planetin atmosferlərindən çox fərqli olduğu kimi, Günəş Sistemi içində də bənzərsizdir.  


Atmosfer Təzyiqi

Atmosfer təzyiqi havanın ağırlığının nəticəsidir yerə və zamana görə dəyişər. Atmosfer təzyiqi 5 kmdə %50 azalar . Yerin cazibəsi səbəbiylə bu qaz kütləsinin bir ağırlığı vardır və planet səthinə doğru alçaldıqca artan bir təzyiq yaradar. Təzyiq, normal atmosferdə, 0 °C'də, 760 mmlik bir civə sütununun yaratdığı təzyiqə bərabərdir.

Atmosferin cəmi kütləsinin təxminən 5,1 x 1015 ton olduğu bilinməkdədir; bu da Dünyanın cəmi kütləsinin milyonda birindən daha azdır.

Xarakteristikası

Atmosfer rəngsiz, qoxusuz, dadsız, çox sürətli hərəkət ədəbilən, axıcı, elastik, sıxışdırıla bilər, sonsuz genləşməyə sahib istilik keçiriciliyi zəif və titrəşmələri müəyyən bir sürətdə çatdıran bir quruluşa malikdir. Tam olaraq yüksəkliyi müəyyən oluna bilməmişdir. "Homogen atmosfer" olaraq adlandırılan və sıxlığın az qala eyni olduğu alt hissənin yüksəkliyi 8 km ətrafındadır. Bu səviyyədən sonra sıxlıq yüksəkliklə azalar və seyrək qaz kütlələri şəklinə çevrilərək kosmos boşluğuna qədər uzanar ki bu bölgə də "hetrogen atmosfer" olaraq adlandırılar. Yer Atmosferində Olan Əksər Qazlar
ppm ( milyonda bir, həcm ) 

Qaz                                            Nisbət
Karbonmonoksit  (CO)           0,01-0,2
Ksenon (Xe)                             0,09
Ozon (O3)                                0,05
Amonyak (NH3)                     0,02
Kükürd dioksit (SO2)             0,02
Hidrogen sulfid (H2S)            0,002-0,02
Formaldehit (CH2O)              0,01
Azot dioksit (NO2)                 0,003
Nitrik oksid (NO)                   0,003
Xlorid turşusu (HCl)              0,002

Nitrat turşu (HNO3)
Hidrogen peroksit (H2O2)
Halokarbonlar (CxHxClxFxBrxIx)
Sulfat turşu (H2SO4)
Karbonil sulfid(COS) 0,001 ppmdən az


 
Yer atmosferinin su buxarı xaricindəki xüsusiyyəti.

Diqqətə çarpan bir şey; atmosferin üst səviyyəsinin 30 km ətrafında sona çatdığıdır. Bu səviyyədən sonra da hava olduğunu söyləmək doğrudur lakin bu hissənin meteorologiya ilə bir əlaqəsi yoxdur. Belə ki 80 km yuxarıda günəş şüalarını əks etdirə biləcək qədər hava, 300 km yuxarıda meteorların atmosferə girişində sürtünmə səbəbiylə işıq verə bilməsi və hətta 600 km yuxarıda auroraların müşahidə edilməsi buralarda da az da olsa atmosferin olduğu istiqamətində ipucları verməkdədir. Atmosferin yer üzünə yaxın laylarının  78% i azot, 21%i də oksigendən meydana gəlib. 1% i isə su buxarı, arqon, karbon 4 oksid, neon, helium, əmtəən, kripton, hidrogen, ozon və ksenon elementlərindən meydana gəlir. Bunlara toz və tüstü kimi maddələr də aiddir.

100 km yüksəyə qədər azot-oksigen nisbətində əhəmiyyətli bir dəyişiklik olmaz, yalnız 20-30 km arasındakı yüksəkliklərdə bir ozon sıxlaşması müşahidə edilir. Bu ozon layının əhəmiyyətli bir funksiyası vardır, çünki günəşdən gələn ultrabənövşəyi şüaların böyük bir hissəsi bu lay tərəfindən süzülür. Amma buradakı ozon həm miqdar, həm də faiz olaraq çox deyil.

100 km dən cox sürətli bir istilik düşməsi müşahidə edilir. Buradakı qazlar artıq çox incə laylar formasındadır. Daha çox da yüngül qazlar olar. Bu qazlar ultrabənövşəyi şüaların təsiriylə sayrışır və beləcə burada oksigen sərbəst atomlar halında olur. Işıq sayrışma deyilən bu hadisə 200 km yüksəklikdə daha da yüksək bir səviyyəyə çıxır.

Hiç yorum yok:

Yorum Gönder